Türkiyə viza tətbiq etdiyi ölkələrdən gələnlərə bələdçilik etmək üçün təşkilatlar təyin edəcək. İqtisadiyyat.Az türk mediasına istinadən bildirir ki, bu barədə Rəsmi Qəzetdə Viza Bələdçilik Xidməti haqqında Əsasnamə nəşr olunub.

Türk mediasında yer alan məlumatlarda qeyd olunur ki, Türkiyə turistlərə viza tətbiqində dəyişikliyə gedir. Bundan sonra Türkiyəyə gələn turistlər, hazırladıqları sənədlərlə viza agentliyinə müraciət edəcəklər. Müraciətdən sonra qiymətləndirmə mərhələsində vizanın təsdiq olunub-olunmaması müəyyənləşdiriləcək. Bəzi hallarda xaricdən gələn şəxs müsahibə üçün çağırıla bilər. Əvəzində ödəniş alınacaq və xarici agentliyin konsulluq hesabına köçürüləcək.