2018-ci ilin Mart ayı ilə müqayisədə 2019-cu ilin Mart ayında Türkiyənin ixracı 0,4% azalaraq 15 milyard 486 milyon dollar, idxalı isə 17,8% azalaraq 17 milyard 622 milyon dollar təşkil edib. 

"BI" Türkiyə Statistika Təşkilatının məlumatına istinadən xəbər verir ki, Mart ayında xarici ticarət kəsiri 63,7% azalaraq 2 milyard 137 milyon dollarageriləyib. Proqnoz 2.1 milyard dollar  idi. Fevral ayına olan rəqəm 2.13 milyard dollardan 2.15 milyard dollara dəyişdirilib.

İxracın idxalı qarşılama nisbəti 2018-ci ilin Mart ayında 72,6% ikən, 2019-cu ilin Mart ayında 87,9%-ə yüksəlib.

Bu gün səhər Dollar/Türk Lirəsi məzənnəsi 5.97 səviyyələrini görüb.