Bu ilin yanvar ayında Türkiyənin Rusiyaya ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 30,4% azalıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin saytında dərc olunan məlumatda deyilir.

Hesabat dövründə Türkiyənin Rusiyaya ixracı 551,1 milyon dollardan 792,1 milyon dollara çatıb.

Məlumata görə, kimya məhsullarının ixracında 41,1%, təzə tərəvəz və meyvələrin ixracında 20,4%, avtomobil ixracında 7,6% azalma müşahidə olunub. Bunlar Rusiya Federasiyasına tədarük edilən mal və xidmətlərin strukturunda ən böyük maddələrdir.

Qeyd edək ki, ötən ay Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 475,5 milyon ABŞ dolları həcmində olub.

 

Gözəl Həşimova