Sabah Türkiyə Nazirlər Kabinetinin iclası baş tutacaq. 

İqtisadiyyat.az xəbər verir ki, iclasda bir sıra məsələlər müzakirə olunacaq.

İnflyasiya ilə mübarizədə atılan addımların nəticələri qiymətləndiriləcək. 

Həmçinin, dövlət qulluqçularının maaşlarının və pensiyaçıların məvaciblərinin artırılması ilə bağlı məsləhətləşmələr gündəmdə olacaq. 

Birləşmiş Millətlər Təşkilatının Şimali Kipr Türk Cümhuriyyətinin türklərin və yunanların birgə yaşadığı Pile kəndinə keçidi asanlaşdırmaq üçün başlatdığı yol infrastrukturu layihəsinin qarşısını almaq cəhdinə Ankara sərt reaksiya verib. Yığıncaqda gərginlikdən sonrakı vəziyyət qiymətləndiriləcək.

İclasda taxıl daşımalarının davam etdirilməsi üçün alternativlər də müzakirə olunacaq.

Zəlzələ bölgəsində yeni yaşayış binalarının tikintisi işləri, baş verə biləcək fəlakətlərə qarşı ehtiyat planları və terrorizmlə mübarizə də Nazirlər Kabinetinin gündəmində olacaq.