Türkiyənin Hakkari vilayətində 4,4 bal gücündə zəlzələ baş verib.

 İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Xidməti (AFAD) məlumat yayıb.

Məlumata görə, yerli vaxtla saat 07:36-da episentri Yüksekova olan 4,4 bal gücündə zəlzələ qeydə alınıb.

Zəlzələnin 5,74 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib. Dağıntı və ya zərər barədə məlumat yoxdur.