Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 43 min 556 olub.

İqtisadiyyat.az türk mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Naziri Süleyman Soylu məlumat paylaşıb. O həmçinin deyib ki, zəlzələin vurduğu ziyanın 70-80 faizi artıq müəyyənləşdirilib. 

Qeyd edək ki, Türkiyədə zəlzələ fevralın 6-da baş verib. Zəlzələnin şiddəti 7,7 olub.