Türkiyədə zəlzələ nəticəsində həyatını itirənlərin sayı 9057 nəfərə çatıb.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib.

Bildirilib ki, zəlzələ nəticəsində 52 979 nəfər yaralanıb. 6444 bina dağılıb.

***

19:23

Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 8574 nəfər çatıb. 

İqtisadiyyat.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Kahramanmaraşa səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

O qeyd edib ki, zəlzələ nəticəsində 49133 yaralanıb, 6 444 bina isə dağılıb.

***

12:36

Türkiyədə zəlzələdə ölənlərin sayı 7108 nəfər olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Zəlzələ nəticəsində xəsarət alanların sayı 40910 nəfərdir.

***

12:03

Türkiyədə zəlzələdə ölənlərin sayı 6 957 nəfərə çatıb.

İqtisadiyyat.az yerli mediaya istinadən xəbər verir ki,  xəbər verir ki, AFAD məlumat yayıb.

Hadisə nəticəsində yaralananların sayı isə 38 224 nəfərdir.

***

10:45

Türkiyənin Kahramanmaraş bölgəsində baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 6234 olub.

İqtisadiyyat.az Türkiyə mediasına istinadən bildirir ki, bununla bağlı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yaralı sayının 37011 olduğu qeyd edilib. 

***

09:00

Türkiyənin Kahramanmaraş bölgəsində fevralın 6-da baş verən zəlzələdə ölənlərin və yaralananların sayı artıb.

İqtisadiyyat.az Türkiyə mediasına istinadən xəbər verir ki, son məlumata görə, 5 894 nəfər həyatını itirib, 34 810 nəfər xəsarət alıb.