Fevralın 6-da Türkiyənin Kahramanmaraş bölgəsində meydana gələn zəlzələ nəticəsində 12 min 141 bina dağılıb.

İqtisadiyyat.az türk mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Şəhərsalma və İqlim dəyişikliyi naziri Murat Kurum məlumat verib.

O qeyd edib ki, zəlzələ bölgələrində ölkə tarixində ən böyük quruculuq, bərpa işlərinə başlanılacaq.