Türkiyədə zəlzələ bölgəsində çörək vətəndaşlara pulsuz paylanacaq.
İqtisadiyyat.az Türkiyə mediasına istinadən bildirir ki, bununla bağlı Fuad Oqtay məlumat paylaşıb:
"Zəlzələ bölgələrində qidalanma mərkəzləri qurulub. "Qızıl Xaç" rəhbərliyində xidmət qruplarımız fəaliyyətlərini davam etdirirlər. Vətəndaşlar bu bölgələrdə çörəyi pulsuz ala bilərlər. Bununla bağlı çörək bişirmə sexləri ilə iş aparılır".