Türkiyədə son 24 saat ərzində 127 nəfər koronavirusdan ölüb.
Bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Koca məlumat verib.
Nazir bildirib ki, son 24 saat ərzində Türkiyədə 35 min 344 nəfərdən analiz götürülüb və onlardan 3 min 977 nəfərində koronavirus aşkarlanıb.
Məlumatda bildirilir ki, gügünə kimi Türkiyədə  koronavirusdan 2 min 17 nəfər ölüb, 86 min 306 nəfər virusa yoluxub.