Bu gün Türkiyədə COVİD-19 koronavirusundan daha 107 nəfər ölüb.
Yeniavaz.com xəbər verir ki, bu məlumatı Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca sosial media hesabından paylaşıb. 
Qardaş ölkədə koronavirusdan ölənlərin sayı 1 403 nəfərə yüksəlib. Məlumatda qeyd olunur ki, Türkiyədə koronavirusa yoluxanların ümumi sayı 65 111 nəfərə çatıb.