Türkiyədə daha 126 nəfər pandemiyanın qurbanı olub.

İqtisadiyyat.az - ın məlumatına görə, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib. Onun sözlərinə görə, ölkədə koronavirusdan ölənlərin ümumi sayı 1 769 nəfərə çatıb.

"Bu gün 40 270 test aparılıb, 4 353 yeni yoluxma aşkarlanıb. Yoluxanların ümumi sayı 78 546 nəfərdir. Bu gün daha 1 542 pasiyent sağaldı, sağalanların ümumi sayı 8 631 nəfərdir", - nazir deyib. Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 214 000-i ötüb. Bunların 560 309 nəfəri sağalıb, 148 979 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.