Elektron ticarət sahəsində fəaliyyət göstərən platformalar, bu platformalarla çalışan satıcılar və nəqliyyat şirkətləri birlikdə “e-səfərbərlik” başladıblar.

İqtisadiyyat.az Türkiyə mediasına istinadən xəbər verir ki, bununla bağlı “Zəlzələ Yardımlaşma Səfərbərliyi” (e-səfərbərlik) məlumat paylaşıb.

Könüllülük prinsipi ilə fəaliyyət göstərəcək səfərbərlik zamanı əvvəlcə tələbat məhsulları satışa çıxarılacaq və bu zaman satıcılardan hər hansı faiz alınmayacaq. Satıcılar isə bu məhsulları endirimlə təklif edəcəklər.

Vətəndaşların aldığı məhsullar AFAD tərəfindən müəyyən edilmiş təslimat məntəqələrinə karqo ilə çatdırılacaq.