"Bu ilin fevralında Türkiyədə baş verən zəlzələlərin ölkə iqtisadiyyatına vurduğu zərər 110 milyard dollar təşkil edib".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin ekologiya və şəhərsalma naziri Mehmet Özhaseki bildirib.

Onun sözlərinə görə, Türkiyə ərazisinin 66%-i seysmik risk zonasında yerləşir: "Ölkə ərazisinin 66 faizi, vətəndaşların isə 71 faizi birinci və ikinci dərəcəli zəlzələ riski altındadırlar".

Xatırladaq ki, fevralın 6-da Türkiyənin cənub-şərqində 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verib.

 

Gözəl Həşimova