"Atmaca raketi uğurla sınaqdan keçirilib".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün sınaqlardan sonra məlumat verib. 

"Milli mühərriklərlə idarə olunan milli platformalarımız müdafiə sənayemizin tam müstəqillik hədəfini irəli aparır və döyüş meydanında oyunu dəyişdirir", - Görgün bildirib.

Qeyd edilib ki, Roketsan tərəfindən hazırlanmış Atmaca raketi ilk yerli və milli turbojet KTJ-3200 mühərriki ilə hədəfi uğurla vurub.