Türkiyədə 6-sı FETÖ, 4-ü PKK-lı olmaqla, ümumilikdə 25 nəfər sərhədi qanunsuz keçməyə cəhd edərkən saxlanılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, həmin şəxslər Suriya və İrandan Türkiyəyə, Türkiyədən isə qanunsuz olaraq Yunanıstana keçməyə cəhd edərkən saxlanılıblar.