Türkiyənin “Otokar” şirkəti Ər-Riyadda keçirilən Dünya Müdafiə Sərgisində 120 mm çaplı silaha malik yüngül tank təqdim edib.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, İtaliyanın Leonardo konserni ilə birgə “Tulpar” piyada döyüş maşını əsasında tank hazırlanıb.

“Tulpar” tırtıllı piyada döyüş maşınının çəkisi texnikadan asılı olaraq 28-45 ton təşkil edir. O, 810 at gücünə malik dizel mühərrikinə malikdir.
"Tulpar" çoxməqsədli zirehli döyüş maşını kateqoriyasına aiddir. Onun yüngül tank, piyada döyüş maşını, personal daşıyıcısı, idarəetmə, kəşfiyyat, axtarış-xilasetmə, raket atıcı qurğusu, sanitar maşını, HHM və ya tank əleyhinə vasitə kimi hazırlanması mümkündür. Zirehli vasitə üzmə xüsusiyyətlərinə də malikdir.