Türkiyə prezidenti Ərdoğan Serbiya prezidenti Aleksandr Vuçiçlə telefonla danışıb. 

İqtisadiyyat.az xəbər verir ki, görüş zamanı prezident Ərdoğan Vuçiçi seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib.

Görüşdə həmçinin Türkiyə-Serbiya münasibətləri, qlobal və regional problemlər müzakirə edilib.

Prezident Ərdoğan iki ölkə arasında möhkəm münasibətlərin və əməkdaşlığın yeni dövrdə də inkişaf edəcəyini bildirib.