Rusiya, Türkiyə və Ukrayna ombudsmanları Moskva və Kiyev arasında humanitar dəhlizin açılmasını müzakirə etmək üçün görüşmək barədə razılığa gəliblər.

Ankara isə vasitəçilik etmək və Ukraynada döyüşlərdən zərər çəkmiş uşaqlar, qadınlar və yaralılara yardım göstərmək istəyir.

İqtisadiyyat.az xəbər verir ki, bu təkliflə Türkiyənin Ombudsmanı Şeref Malkoç çıxış edib:

“Bu mexanizm qurularsa, on minlərlə uşaq Türkiyə vasitəsilə təhlükəsiz şəkildə ailələrinə qovuşacaq. Bizim taxıl dəhlizindən sonra ailələrin, qadınların, uşaqların və yaralıların qovuşması üçün dəhliz açmaq niyyətimiz var.