Türkiyə 2023-2024-cü il mövsümünün ilk yarısında Rusiya taxıl və buğdasının əsas idxalçısı olaraq qalır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Taxıl İxracatçıları İttifaqının məlumatında deyilir.

Sözügedən dövrdə Türkiyənin Rusiyadan taxıl idxalı illik müqayisədə 12,7% azalaraq 4,281 milyon tona, o cümlədən buğda idxalı isə 2% azalaraq 3,929 milyon tona enib.

İran bu dövrdə Rusiya taxılının ən böyük idxalçıları siyahısında ikinci olub və idxalını illik müqayisədə 4,9% artıraraq 3,902 milyon tona çatdırıb.

 

Gözəl Həşimova