Suriyanın şimalında "Zeytin Dalı" və "Fırat Kalkanı" bölgələrində hücuma hazırlaşan 2 PKK/YPG terrorçusu zərərsizləşdirilib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama yayıb.
Açıqlamada qeyd edilib:
"Qəhrəman Türk Silahlı Qüvvələrimiz tərəfindən Suriyanın şimalındakı "Zeytin Dalı" və "Fırat Kalkanı" bölgələrində sülh və təhlükəsizlik mühitini pozmaq üçün hücuma hazırlaşan 2 PKK/YPG terrorçusu zərərsizləşdirilib. Terrorizmi mənbəyində quruduruq. Qətiyyətli və qərarlıyıq".