Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının cəmi ehtiyatları avqustun 4-ü əvvəlki həftəyə görə 1 milyard 817 milyon dollar artaraq 115 milyard 591 milyon dollara çatıb. Beləliklə, yüksəliş trendi ardıcıl 7-ci həftəyə daşınıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Respublikası Mərkəzi Bankı Həftəlik Pul və Bank Statistikalarını açıqlayıb.

Müvafiq olaraq, 4 avqust tarixinə Mərkəzi Bankın ümumi valyuta ehtiyatları 1 milyard 880 milyon dollar artaraq 74 milyard 229 milyon dollar olub. İyulun 28-də ümumi valyuta ehtiyatları 72 milyard 349 milyon dollar səviyyəsində olub.

Sözügedən dövrdə qızıl ehtiyatları 63 milyon dollar azalaraq 41 milyard 425 milyon dollardan 41 milyard 362 milyon dollara düşüb.

Beləliklə, Mərkəzi Bankın cəmi ehtiyatları avqustun 4-ü əvvəlki həftəyə nisbətən 1 milyard 817 milyon dollar artaraq 113 milyard 774 milyon dollardan 115 milyard 591 milyon dollara yüksəlib.

Bankın ehtiyatlarının artımı 17,1 milyard dollara çatıb.