Türkiyə Mərkəzi Bankı ölkə iqtisadiyyatında böhranla mübarizə və pul siyasətinin sərtləşdirilməsi tədbirləri çərçivəsində uçot dərəcəsini 8,5%-dən 15%-ə yüksəldib.

Bu barədə İqtisadiyyat.az "TRT Haber"ə istinadən xəbər verir.

"Qlobal iqtisadiyyatda inflyasiya azalsa da, hələ də uzunmüddətli orta göstəricilərdən xeyli yuxarıdır. Bu səbəbdən bütün dünyada mərkəzi banklar inflyasiyanı azaltmaq üçün tədbirlər görür. Ölkəmizdə son göstəricilər inflyasiyanın əsas tendensiyasının artdığını göstərir. Bu inkişaf daxili tələbin güclü kursu, xərc təzyiqləri və xidmət inflyasiyasının sərtliyi ilə bağlı olub. Bu amillərlə yanaşı, Komitə qiymət davranışının pisləşməsinin inflyasiyaya əlavə mənfi təsir göstərəcəyini gözləyir" - , məlumatda deyilir.