"Birləşmiş Millətlər Təşkilatında Qəzzada fövqəladə atəşkəs tələbi ilə keçirilən səsvermədə 121 ölkə İsrail və onun ətrafına qarşı çıxdı".

İqtisadiyyat.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan səfəri dönüşündə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Bu səsvermədə sadəcə 45 ölkə bitərəf qaldı, 14 ölkə isə İsraili dəstəklədi. Amerikanı bir kənara qoysanız, İsrailin tərəfində heç kim yoxdur", - deyə Ərdoğan qeyd edib.

 

Gözəl Həşimova