Türkiyə istiqrazları 2024-cü ildə ən yaxşı performans göstərən inkişaf etməkdə olan istiqrazlar arasında ola bilər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Almaniyanın "Deutsche Bank"ı məlumat yayıb.

Məlumata görə, cari qiymətlərin dəyişməsinə və son zamanlar faiz artımlarına baxmayaraq, Türkiyə istiqraz bazarına yenidən daxil olmaq üçün hələ tezdir.

Bildirilib ki, ölkədə daxili tələbin azalması, inflyasiyanın aşağı düşmə tendensiyası və valyuta məzənnələrindəki sabitlik səbəbindən inflyasiya 61% səviyyəsində qalıb.

 

Gözəl Həşimova