Türk Dövlətləri Təşkilatına üzv ölkələrin xarici işlər nazirləri Astanada keçirilən iclasda nəqliyyat kommunikasiyası proqramının həyata keçirilməsi üzrə fəaliyyət planını təsdiqləyiblər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev təşkilata üzv ölkələrdə qarşılıqlı ticarətin artırılmasının və nəqliyyat potensialının inkişafının zəruriliyini qeyd edib.

"Nazirlər həmçinin təşkilat çərçivəsində sənaye əməkdaşlığının əsas istiqamətlərinə, o cümlədən iqtisadiyyat və nəqliyyat sahəsinə diqqət yetiriblər. Bu kontekstdə 2023-2027-ci illər üçün nəqliyyat proqramının həyata keçirilməsi üzrə birgə fəaliyyət planı (yol xəritəsi) təsdiq edilib”, - məlumatda deyilir.

 

Gözəl Həşimova