ABŞ-nin keçmiş prezidenti Donald Tramp yenidən ölkə rəhbəri seçiləcəyi təqdirdə 2021-ci il yanvarın 6-da Kapitoliyə hücumda iştirak etməkdə təqsirli bilinənləri həbsdən azad edəcəyinə söz verib. 

İqtisadiyyat.az xəbər verir ki, o, bu barədə "Truth Social" platformasındakı bloqunda bildirib.

“Yeni seçilən prezident kimi ilk işlərim sərhədləri bağlamaq, neft hasilatını inkişaf etdirmək və yanvarın 6-da haqsız yerə həbs edilən “girovları” azad etmək olacaq!” - Tramp deyib.

2021-ci ilin yanvarın 6-da Tramp tərəfdarları 2020-ci il prezident seçkilərinin nəticələrini ləğv etmək məqsədilə Kapitol binasını ələ keçiriblər. Buna səbəb eks-prezidentin binaya hücumdan dərhal əvvəl mitinqdə verdiyi açıqlamalar olub.