"Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton dünyanın ən təhlükəli paytaxtıdır".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkəsində bildirib.

O, həmçinin paytaxtın cinayətlə dolu ölüm tələsinə çevrildiyini qeyd edib.

Eyni zamanda, siyasətçi qarşıdan gələn prezident seçkilərində qalib gələcəyi təqdirdə, Vaşinqtonu bərpa edəcəyini açıqlayıb.

 

Gözəl Həşimova