Filippinin cənubundakı Davao de Oro əyalətində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 54-ə çatıb.

Bu barədə İqtisadiyyat.az "CBN News"a istinadən xəbər verir.

Daha 63 nəfər isə itkin düşüb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, təxminən 9 hektar ərazidə aparılan axtarış-xilasetmə əməliyyatında hərbçilər də daxil olmaqla 500-ə yaxın adam iştirak edir. Sürüşmənin hündürlüyü 30 metrdən 50 metrə qədər ola bilər.

Qeyd edək ki, sürüşmə fevralın 6-da baş verib.

 

Gözəl Həşimova