Tərtərdə sürücü maşını su kanalına aşırıb, ölüb.

İqtisadiyyat.az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında baş verib.

Belə ki, Bakı şəhər saikini 1999-cu il təvəllüdlü Quliyev Vüsal Nüsrət oğlu idarə etdiyi "VAZ 21015" markalı avtomobil ilə Tərtər şəhəri, İnqilab Ağayev küçəsindən keçən su kanalına düşərək ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.