Dünyada təqaüdçülərin yaşaması üçün ən yaxşı ölkələrin siyahısı açıqlanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Qlobal Pensiya İndeksi 2023" hesabatında deyilir.

Norveç ötən il Qlobal Pensiya İndeksində 83% göstərici ilə ən yüksək yeri tutub. Belə ki, ölkə səhiyyə və həyat keyfiyyəti baxımından yüksək göstəricilərə sahibdir. İkinci yerdə 82% ilə İsveçrə, üçüncü yerdə isə 81% ilə İslandiya gəlir.

Araşdırmaya əsasən, təqaüdçülər üçün ən yaxşı ölkələr bunlardır:

1.Norveç

2.İsveçrə

3.İslandiya

4. İrlandiya

5.Lüksemburq

6.Hollandiya

7.Avstraliya

8.Yeni Zelandiya

9.Almaniya

10.Danimarka

 

Gözəl Həşimova