Gələn ilin dövlət büdcəsində Azərbaycanda təhsil xərcləri 4 milyard 549,9 milyon manat proqnozlaşdırılıb ki, bu da 2023-cü illə müqayisədə 142,8 milyon manat və ya 3,2% çoxdur.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, təhsil xərclərinin ÜDM-də çəkisi isə 3,8%, ümumi büdcə xərclərində çəkisi isə 12,4% təşkil edəcək.