Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirus pandemiyası dövründə onlayn sifariş edənlərə müraciət ünvanlayıb.

Müraciətdə COVID-19 pandemiyası dövründə onlayn sifariş zamanı bəzi qaydalara riayət edilməsi tövsiyə olunub.

Bildirilib ki, kuryerlə birbaşa təmasa yol verməmək üçün məhsulların qapıya qoyulmasını xahiş etmək lazımdır. Qida və ya əşyaları götürdükdən sonra əllər ən azı 20 saniyə su və sabunla yuyulmalı və ya spirt əsaslı məhlulla silinməlidir.