Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş Assambleyasında TBMM-dəki bütün siyasi partiyaların imzası ilə Fələstin və İsraildəki qarşıdurmalarla bağlı birgə bəyannamə dərc edilib.

İqtisadiyyat.az xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin birgə bəyanatında qeyd edilib:

"Gərginliyin vəziyyəti bərpaolunmaz nəticələrə gətirib çıxarmaması üçün bütün tərəfləri sülh-təhlükəsizlik-sabitlik baxışımız çərçivəsində mötədilliyə və sağlam düşüncəyə dəvət edirik.

Biz Qəzzada birbaşa mülki əhalini hədəf alan bütün hücumları pisləyirik və Fələstin və İsraili daimi sülh üçün danışıqlara başlamağa dəvət edirik".