Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz 2024-cü ilin dövlət büdcəsi ilə bağlı müzakirələrin cümə axşamı başlayacağını bildirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Cevdet Yılmaz sosial media hesabında açıqlama verib.

Yılmaz qeyd edib ki, 12-ci Beşillik İnkişaf Planı müzakirələri sabah və çərşənbə axşamı Parlamentin Plan və Büdcə Komissiyasında keçiriləcək. O bildirib ki, cümə axşamı günü 2024-cü ilin büdcəsi və ümumilikdə 2022-ci ilin yekun hesabı ilə bağlı danışıqlar olacaq.

Cevdet Yılmaz Türkiyənin davamlı böyüməsi və sosial rifahı üçün çalışmağa davam edəcəklərini qeyd edib.