Tayvan silahlı qüvvələri ilk dəfə olaraq düşmən xüsusi təyinatlılarının adanın əsas beynəlxalq hava limanını ələ keçirməsinin qarşısını almaq üçün təlimlər keçirib.

İqtisadiyyat.az CNN-ə istinadən bildirir ki, Tayvanın hava-desant qoşunları saxta düşmənin hərəkətlərini imitasiya edib. 180 hərbçinin iştirakı ilə keçirilən təlim 30 dəqiqə davam edib.

Təlimin sonunda Tayvan hərbçiləri qalan düşmən qüvvələrinin məhv edilməsini məşq edib və sonra hava limanının uğurlu müdafiəsini simulyasiya etmək üçün bayrağı qaldırıblar. Hava limanının özündə təyyarələrin qalxması və enməsi müvəqqəti olaraq qadağan edilib, səkkiz reysin cədvəli tənzimlənib.