Türkiyə valyutası taxıl müqaviləsi ətrafında yaranmış vəziyyət fonunda dollar və avro qarşısında dəyər itirməyə başlayıb.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, dollar lirə qarşısında 0.58% bahalaşaraq 26.32 lirəyə çatıb.

Avro isə lirə qarşısında 0.47% dəyər qazanaraq 29,54 lirəyə yüksəlib.

Əlavə edək ki, Azərbaycan Mərkəzi Bankının bu günə açıqladığı məzənnəyə əsasən, 1 lirə 0,649 manata ticarət edilir.

 

Gözəl Həşimova