“Taxıl müqaviləsinin bərpası ilə bağlı danışıqlar hazırda dayandırılıb”. 

İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin deyib .

“17-dən sonra Qara dəniz təşəbbüsünün yenilənməsi baş tutmadı. Biz buna etiraz etdik. Onlar bizim il ərzində topladığımız İstanbul müqavilələrinin icrası təcrübəsini nəzərə alaraq etiraz etdilər”, - deyə diplomat bildirib.

O, əlavə edib ki, Ukraynadan ixrac olunan taxılın böyük hissəsi yemdir, ona görə də sövdələşmənin həyata keçirilməsi aclıqla mübarizə ola bilməz. Verşinin Moskvanın iştirakı olmadan sövdələşmənin bərpasının mümkünsüz olduğunu da vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Oleq Ozerov bildirmişdi ki, Rusiya -Afrika sammiti zamanı ölkə liderləri Rusiya taxılının və gübrələrinin Afrika qitəsinə tədarükü üçün logistik dəhlizlərin yaradılmasını müzakirə edəcəklər. 

"Rusiyanın taxıl ixracı baxımından böyük imkanlarını nəzərə alsaq, belə logistik dəhlizlərin yaradılması və taxıl qovşaqlarının yaradılması ideyası perspektivlidir və həyata keçirilə bilər", - diplomat izah edib.