Tanınmış ispan yazıçı Fernando Sançes Draqo 86 yaşında vəfat edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İspaniya mediası yazıb. Məlumata görə, yazıçı infarktdan ölüb.

Yazıçı, əsasən esse və romanların, demək olar ki, hamısı avtobioqrafik olan 40-dan çox əsərin müəllifidir. Onun əsərləri arasında “Ürəyin yolu” və “Paralel ölümlər” xüsusilə fərqlənir.