Tacikistanda daha bir zəlzələ qeydə alınıb. 

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, zəlzələ Sarez rayonunda baş verib. Zəlzələnin şiddəti 5 bal olub.

Qeyd edək ki, səhər saatlarında Çin-Tacikistan sərhədində 7,3 bal gücündə zəlzələ olub.