Şuşa ərazisində Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan yolun bir hissəsində keçirilən etiraz aksiyasında təhlükəli anlar yaşanıb. Belə ki, Rusiya sülhməramlıları etirazçılara kobud şəkildə müqavimət göstəriblər.

Qeyd edək ki, azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatları (QHT) üzvlərinin iştirakı ilə Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası keçirilir.

Onu da əlavə edək ki, aksiyanın işıqlandırılmasında iştirak edən “Report” İnformasiya Agentliyinin avtomobilinə sülhməramlıların hərbçisi avtomat silahın qundağı ilə zərər verib.