Sumqayıtda intihara cəhdin qarşısı alınıb.

İqtisadiyyat.az xəbər verir ki, hadisə Dənizkənarı Bulvar ərazisində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1986-cı il təvəllüdlü Qurbanov Elçin Nüşirəvan oğlu Bulvar ərazisində intihar etmək məqsədilə özünü suya atmaq istəyib.

İntihara cəhdin qarşısı ətrafdakı insanların tərəfindən alınıb.

Faktla bağlı polisə məlumat verilib.