Sumqayıtda intihara cəhd hadisəsi qeydə alınıb.

İqtisadiyyat.az xəbər verir ki, Sumqayıt şəhər sakini, 1988-ci il təvəllüdlü Məmmədova Xəyalə İltifat qızı ailə münaqişəsi zəminində Ceyranbatan yaşayış massivində yaşadığı ünvanda sirkə turşusu içərək intihara cəhd edib.

O dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində araşdırma aparılır.