Əfsanəvi Mixael Şumaxerin şəxsi kolleksiyasından olan 8 saat Cenevrədə (İsveçrə) hərracda 4,1 milyon avroya (4,4 milyon dollar) satılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Saatlar Şumaxerin ailəsi tərəfindən hərraca çıxarılıb.

Ən yüksək qiymətə çəhrayı rəngdə “Patek Philippe” saatının satıldığı qeyd edilir. Alıcı onun üçün 2 milyon 711 min 500 ABŞ dolları ödəyib. Hərracda həmçinin, “Ferrari” komandasının keçmiş rəhbəri Jan Todt tərəfindən alman pilota hədiyyə edilən “Platinum Vagabondage” saatı 11.646.700 dollara satılıb.

Xatırladaq ki, 2013-cü ildə Şumaxer dağ-xizək kurortunda istirahət edərkən yıxılaraq başından zədə alıb. O vaxtdan bəri pilotun komada olduğu söylənilir