"ABŞ Konqresinin Ukrayna üçün uzunmüddətli maliyyələşdirməni təsdiqləməsi həyati əhəmiyyət kəsb edir".

İqtisadiyyat.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə mətbuat konfransında deyib.

"Vaşinqtonda bir sıra əsas cəbhələrdə maliyyələşmə ilə bağlı debatlar davam edir. ABŞ Konqresinin yaxın gələcəkdə Ukraynaya uzunmüddətli dəstək barədə qərar verməsi həyati əhəmiyyət kəsb edir", - o deyib.