Beynəlxalq reytinq agentliyi "Standard & Poor's" (S&P) İsrailin kredit reytinqini "AA-" olaraq təsdiqləyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.

Məlumata görə, geosiyasi risklər səbəbindən ölkənin reytinq proqnozu "stabil"dən "mənfi"yə dəyişdirilib. Bu proqnoz İsrail-HƏMAS münaqişəsinin daha geniş əraziyə yayılma riskini əks etdirir.

Bildirilib ki, İsrailin uzun və qısamüddətli xarici valyuta və yerli valyutada kredit reytinqləri "AA-/A-1+" olaraq təsdiqlənib.

 

Gözəl Həşimova