"Bu qərarlar NATO-nu münaqişəyə cəlb edir. Bu, gözlənilməz proseslərə səbəb ola bilər. Hər halda Rusiya ordusu Ukraynaya göndərilən silahları həm suda, həm də quruda məhv etməkdədir".

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, bu sözləri Rusiya Müdafiə naziri Sergey Şoyqu deyib. O xəbərdarlıq edərək bildirib ki, mövcud durum gərginliyi daha da artırır:

"ABŞ və onun müttəfiqləri münaqişəni uzatmaq məqsədi güdürlər, ona görə də Ukraynaya ağır silahlar göndərməyə başayıblar".