Əlilliyə Erkən Yardım “Portec Şəbəkəsi ” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət  Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra edilən “Sosial işin keyfiyyətinin artırılması” layihəsi çərçivəsində Bakı şəhərində universitet və kolleclərdə sosial iş üzrə təhsil alan tələbə qrupları üçün nəzərdə tutulmuş təlimlərə start verilib.

İqtisadiyyat.az xəbər verir ki, layihənin məqsədi həssas qruplarla sosial iş sahəsində ixtisaslaşmanın keyfiyyətinin artırılması, yerli və beynəlxalq qanunvericiliklə yanaşı təcrübənin öyrənilməsi üçün silsilə təlimlər təqdim etməklə tələbə qruplarının bu sahədə bilik və bacarıqlarının artırılmasıdır.

İlk təlim 29.06.2024-cü il tarixində 23 tələbənin iştirakı ilə baş tutub. 3 ay müddətində həyata keçiriləcək layihə zamanı 40 tələbənin təlimlərə cəlb edilməsi nəzərdə tutulur. Təlimlər hər biri 20 nəfərdən ibarət 2 tələbə qrupuna keçiriləcəkdir.

Layihə çərçivəsində tələbələrə nəzəri biliklərlə yanaşı, təlimlərə dəvət edilən yerli mütəxəssislər tərəfindən sosial işin müxtəlif sahələri üzrə  təcrübələr də paylaşılacaq.