Xocalı və Şuşa rayonlarında 35 kV-luq yeni yarımstansiya inşa olunacaq.

İqtisadiyyat.az xəbər verir ki, "Azərişıq" ASC bununla bağlı hazırlıqlara başlayıb.

Yarımstansiyalardan birinin Xocalının Sığnaq, digərinin Şuşanın Malıbəyli yaşayış məntəqəsi ərazisində tikintisi və şəbəkə ilə əlaqələndirilməsi nəzərdə tutulub.

"Azərişıq" sözügedən tikinti işlərini "Smart Energy Services" şirkətinə həvalə edib.

Sığnaqdakı yarımstansiyanın tikintisi və şəbəkə ilə əlaqələndirilməsi işləri 3,7 milyon manata başa gələcək.

Malıbəylidəki yarımstansiyanın tikintisi və şəbəkə ilə əlaqələndirilməsi işləri 3,4 milyon manata başa gələcək.