Bu gün Oxu.az xəbər saytı 11 yaşını qeyd edir.

İqtisadiyyat.az xatırladır ki, sayt 2013-cü il iyulun 1-də fəaliyyətə başlayıb.

"Global Media Group" media holdinqin tərkibində fəaliyyət göstərən saytda onlarla işçi çalışır.

Fasiləsiz işləyən sayt hər gün yüzlərlə xəbəri iki dildə - Azərbaycan və rus dillərində dərc edir.

Oxu.az kollektivi təkcə ölkəmizdə deyil, bütün dünyada baş verən ən son xəbərləri operativ şəkildə oxuculara çatdırmaq üçün gecə-gündüz çalışır.

Ötən illər ərzində Oxu.az Azərbaycanda ən çox oxunan informasiya resursu olub və komandamız bu tendensiyanın dəyişməz qalması üçün hər şeyi edəcək.

İqtisadiyyat.az kollektivi Oxu.az-dakı həmkarlarını təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayır!